Azərbaycanda ŞOK: 3 yeniyetmə qız yoxa çıxdı

20.06.2020 01:24
62

Masallı rayonunda üç qız itkin düşüb.

AZSABAH.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri  tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

Loading...