Azərbaycanda sərt karantin rejimi YENİDƏN UZADILIR? - RƏSMİ AÇIQLAMA

29.06.2020 12:38
798

Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

AZSABAH.COM qazet.az-a istinadən xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür.

Bir sıra KİV və sosial şəbəkələrdə iyulun 5-dən sonra karantin rejiminin uzadılması ilə bağlı müxtəlif müzakirələr gedir.

Hazırda bir çox vətəndaşı iyulun 5-dən sonra karantin rejiminin tətbiq edilib-edilməyəcəyi maraqlandırır.

Qazet.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Bildirilir ki, karantin rejiminin yenidən uzadılması Operativ Qərargahın qərarından asılı olacaq.

Loading...

close
close