Azərbaycanda sərt KARANTİN GƏLİR? - Nazir ELAN ETDİ/ VİDEO

21.01.2022 21:38
554
photo_14520835

"Digər ölkələrin təcrübəsinə baxanda son dörd həftə ərzində ümumi yoluxanların 40%-i "omicron" ştamına yoluxanlardır".

AZSABAH.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, artıq Azərbaycanda da koronavirusun "omicron" ştamına yoluxmalar artır. Nazir sanitar-gigiyenik qaydalarla bağlı əhalini diqqətli olmağa çağırıb.

Nazir bildirib ki, Azərbaycanın kifayət qədər vaksin ehtiyatı var. Bununla yanaşı Azərbaycanda yeni vaksinin sınaqlarına başlanacaq.

Nazir əlavə edib ki, Azərbaycanda son illər yerli dərman istehsalına da böyük təkan verilir.

Teymur Musayev karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib.