Azərbaycanda SƏRT KARANTİN GƏLİR: Ən qısa müddətdə... - ŞOK XƏBƏR ELAN EDİLDİ

16.08.2021 12:47
12454

Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Maraqlıdır, həftə ərzində sərt karanatin qaydaları bərpa edilə bilərmi?

AZSABAH.COM xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-terapevt Məlahət Abbasova cavablayıb.

O bildirib ki, bu həftə qadağalar bərpa oluna bilər:

“Hesab edirəm ki, ən qısa müddətdə qapanmaların yenidən tətbiqi gözlənilir. Çünki yoluxma sayı nəzarətdən çıxıb. Ötən dalğalarda ailənin bir və ya iki üzvü yoluxurdusa, yerdə qalan digərlərinə keçmirdi. İndi bütöv ailə yoluxur. Ona görə də bu dəfə daha çox ehtiyatlı olmalıyıq. Amma təəssüflər olsun ki, indi heç kim zəruri qaydalara əməl etmir. İnsanlarımız məsuliyyətsiz davranır”.

M.Abbasova bildirib ki, hələlik ən yaxşı üsul qapanmaların tətbiqidir:

“Qapanmların əleyhinə olan biri kimi bu dəfə qadağaların vacib olduğunu düşünürəm. Məlumdur ki, sərt karantin rejimi insanların psixologiyasına mənfi təsir edir, depressiyaya salır. Bu da xəstəliyin sağalmasına mane olur. Lakin yoluxma statistikasıı onu göstərir ki, bizim ayrı əlacımız qalmayıb”.

Loading...