Azərbaycanda sel, daşqın olacaq, 2 gün ərzində... - Umayra Tağıyeva ELAN ETDİ

06.05.2022 20:17
590
photo_83079192

Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir. 

AZSABAH.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

"Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib", - o qeyd edib.

Umayra Tağıyeva deyib ki, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.

Xidmət rəisinin sözlərinə görə, may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var: "Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir".