Azərbaycanda səhər-səhər DƏHŞƏTLİ HADİSƏLƏR BAŞ VERDİ - ÖLƏNLƏR VAR

10.04.2023 10:22
9804
Meyit

Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda sexdə baş verən yanğınla bağlı məlumat yayıb.

AZSABAH.COM-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 240 m² olan sexin sahəsi 44 m² olan otaqlardan birinin dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Bakıda sexdə yanğın olub.

AZSABAH.COM xəbər verir ki, saat 5 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqlanması hazırlanması sexində baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanaraq ölüb.

FHN tərəfindən yanğın nəzarətə götürülərək söndürülmüş, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanmış, geri qalan hissəsi isə yanğından mühafizə edilib.


***

Xaçmazda iki nəfər yanaraq ölüb.

AZSABAH.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində 2 nəfər dünyasını dəyişib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yalama kəndində qeydə alınıb.

Yanmış evdən 60 yaşlı Aslan Tarıverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Tarıverdiyevanın yanmış meyitləri aşkarlanıb.

Hadisənin səbəbləri araşdırılır.