Azərbaycanda səhər-səhər DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ - ÖLƏNLƏR VƏ YARALILAR VAR

15.12.2022 07:45
8215
Meyit
Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı iki nəfər ölüb və ikisi isə yaralanıb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə “MAN” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşını deformasiyaya uğrayıb.

İçərisində olan sürücü və sərnişinlər avtomobildə sıxışıb qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Sıxışıb qalan sürücü və ön oturacaqda olan sərnişinin meyiti çıxarılıraq morqa təhvil verilib.

Arxa oturacaqda olan sərnişinlər 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlu və 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlu ağır xəsarət aldığından Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.