Azərbaycanda səhər-səhər DƏHŞƏT YAŞANDI - ÖLÜ və YARALILAR VAR

26.06.2022 09:50
2780

Sabirabadda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZSABAH.COM “Report"a istinadla xəbər verir ki, avtomobil traktorla toqquşub.

Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Hadisə zamanı habelə üç nəfər; rayonun Çiçəkli kənd sakinləri - 1987-ci il təvəllüdlü Məmmədov Vüsal Vaqif oğlu, 2010-cu il təvəllüdlü Məmmədov Rəhman Vüsal oğlu və 1993-cü il təvəllüdlü Xankişiyev Şəmistan Sabir oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...