Azərbaycanda rəis və 3 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

22.05.2020 00:05
694

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

AzSABAH.COM-un məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin üç əməkdaşı işdən çıxarılıb.

Onlar işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar.(Oxu.az)

Loading...

close
close