Azərbaycanda rəis olan polkovnik GÖRÜN NƏ ÜÇÜN ÖZÜNÜ ÖLDÜRÜBMÜŞ: ŞOK DETALLAR - FOTO

30.05.2023 14:24
6491
Meyit

Mayın 28-i Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

AZSABAH.COM “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub.

Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib.

Məlumata görə, nazirliyin əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib.

O, canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş saatında, mərhumun atasının evində baş verib.