Azərbaycanda RƏİS FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

15.07.2022 09:25
269
photo_78645469
Ötən ay Göygöldə xidməti avtomobili ilə qəzaya düşən polis mayoru xəstəxanada ölüb.

AZSABAH.COM-un məlumatına görə, Gəncə Şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin ictimai təhlükəsizlik böməsinin rəisi polis mayoru Qubat Qasımov bir müddət əvvəl yol qəzasına düşüb.

Bu gecə müalicə aldığı xəstəxanda həkimlərin səyinə baxmayaraq, vəfat edib.
Faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.

DİN rəsmisi bildirib ki, polis mayorunun dəfini bu gün olacaq.