Azərbaycanda reanimasiyada olan korona xəstələrinin SAYI AÇIQLANDI

23.06.2020 22:52
482

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb.

AZSABAH.COM-a bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Bildirilir ki, bununla da ölkədə koronavirusla bağlı ümumi test sayı 432 858-ə çatıb. 

Qeyd edək ki, Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış daha 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Loading...

close
close