Azərbaycanda reanimasiyada olan korona xəstələrinin sayı açıqlandı - RƏSMİ

18.06.2020 00:11
444

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 17-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.

AZSABAH.COM-un xəbərinə görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 146, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 29 nəfərdir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 783 nəfər aktiv xəstə var. 

Xatırladaq ki, bu gün Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlanıb, 127 nəfər sağalıb, 7 nəfər isə ölüb.

Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 991 nəfərə, sağalanların sayı 6 075 nəfərə, ölənlərin sayı isə 133 nəfərə çatıb.

Loading...

close
close