Azərbaycanda qol vuran futbolçuya BU, QADAĞAN EDİLDİ

05.06.2020 16:12
133

Peşəkar Futbol Liqası (PFL) COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavə edib.

AZSABAH.COM Trend-ə istinadən məlumat verir ki, əsasnaməyə dəyişikliklərdən sonra oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir. Həmçinin soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.

Stadionda, bazada, informasiya lövhəsində koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.

Loading...

close
close