Azərbaycanda QANDONDURAN HADİSƏ: toya hazırlaşan cütlük dəhşətli qəzaya düşdü, BƏY ÖLDÜ, GƏLİN İSƏ... - FOTO

12.06.2022 20:47
210
photo_84665612

Ötən gün Şəki şəhərində baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, Holavar kəndində "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub.

Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.