Azərbaycanda QANDONDURAN HADİSƏ: 16 yaşlı nişanlısının BAŞINI KƏSDİ

20.10.2022 14:38
9947
Hebs

Abşeronda nişanlısını öldürən saxlanılıb.

AZSABAH.COM-a Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 16 yaşlı A.N. (ad şərtidir) öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 26 yaşlı Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***
Abşeronda qətlə yetirilən qızın kimliyi müəyyənləşib.

AZSABAH.COM xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, həmin yeniyetmə qız Həsrət Rəcəbovadır. Məlumata görə, onu nişanlısı qətlə yetirib.

Hazırda hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***
Azərbaycanda dəhşətli qətl törədilib.

AZSABAH.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Baş vermiş dəhşətli qətllə bağlı əlavə məlumat verəcəyik.