Azərbaycanda professor vəfat etdi - FOTO

31.10.2023 11:26
482
6540ac1e8645d202310232622

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov vəfat edib.

AZSABAH.COM Sfera.az-a istinadən xəbər verir ki, K.Bəşirov 68 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. 1982-ci ildən APİ-nin (indiki ADPU) 2 nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. 7 kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub.
AZSABAH.COM

Məqaləyə dair fotomateriallar: