Azərbaycanda polis bu qızları axtarır

19.01.2024 11:49
477
65aa295427d8b202401244836

Gəncədə yeniyetmə qız itkin düşüb.

 

Azsabah.com xəbər verir ki, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan G.Nurullayeva polisə müraciət edərək onunla birgə yaşayan övladı, 2010-cu il təvəllüdlü N.Nurullayevanın itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı yanvarın 18-də Gəncədə təhsil aldığı 27 saylı orta məktəbdən çıxıb və evə qayıtmayıb.


Oxşar hadisə Bakının Yasamal rayonunda da baş verib. 2008-ci il təvəllüdlü L.Pərvanənin yanvarın 17-dən itkin düşməsi barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət daxil olub.

 

Hər iki fakt üzrə araşdırma aparılır.(Qafqazinfo)