Azərbaycanda pensiya alanlarla bağlı MÜHÜM XƏBƏR: 1 il ərzində...

22.03.2024 13:24
205
65fd4e823dc87202403242522
Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə olunur.
2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.
2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il  pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.
Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.
Ekspertin sözlərinə görə, statisitik məqəmlər göstərir ki, qadınlar kişilərdən daha çox yaşayır.
Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Referans.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: