Azərbaycanda PARTLAYIŞ BAŞ VERDİ: yaralı var

19.06.2020 19:16
718

Yevlaxda mənzildə partlayış olub.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, hadisə Xaldan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü Rəsulov Məharət Mehralı oğlu yaşadığı evə daxil olarkən yanğınla müşayiət olunan partlayış baş verib. Nəticədə 26 kv/m sahəsi olan evin 12 kv/m sahəsi yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb və yanğın söndürülüb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Yanıq xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Loading...

close
close