Azərbaycanda PARTLAYIŞ: AĞIR YARALANAN VAR

26.02.2021 19:32
4180

Oğuzda su qızdırıcısının partlaması nəticəsində 28 yaşlı qadın xəsarət alıb.

AZSABAH.COM "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Kərimli kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Püstəxanım İsrayıl qızı Zakirova evdə olan su qızdırıcısının partlaması nəticəsində üz nahiyəsindən ağır xəsarətlər alıb.

Yanıq xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...