Azərbaycanda öz toyu üçün rayona gedən oğlan faciəvi şəkildə öldü - FOTO

23.02.2024 21:32
549
65d8d6e81cae1202402243328
Ötən gün Yevlax rayon Qaraoğlan kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Azsabah.com-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayev özünün toy mərasimi üçün gedirmiş. Məlumata görə, o, Şəki rayon Böyük Dəhnə kənd sakini olub. E.Abdullayevin fevralın 24-də qız toyu olacaqmış. Bədbəxt hadisə də o, Bakıdan Şəkiyə gedən zaman baş verib.

Xatırladaq ki, yol qəzası E.Abdullayevin idarə etdiyi "Opel" markalı avtomobillə "Mercedes" markalı yük avtomobilin toqquşması nəticəsində baş verib.