Azərbaycanda nişandan qayıdanlar ŞOK YAŞADI: Ölü və yaralılar var - FOTO

05.09.2022 10:06
2755
Tecili yardim Azsabah.com

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.