Azərbaycanda nəvəsini məktəbə aparan baba faciəvi şəkildə öldü

16.01.2024 09:01
341
65a60d7417278202401240036

Şaxtalı havada yolların buz bağlaması 66 yaşlı kişinin ölümünə səbəb olub.


“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün Biləsuvarda baş verib.


Belə ki, Biləsuvar şəhər sakini 1958-ci il təvəllüdlü Cəmil Rəhimov buzlu yolda sürüşərək yıxılıb.


Ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.


Qeyd edək ki, 66 yaşlı baba nəvəsini buzlu yollardan təhlükəsiz evə aparmaq üçün məktəbə gedibmiş.