Azərbaycanda MÖHTƏŞƏM YENİLİK: ətrafınıza koronavirus daşıyıcısı yaxınlaşan kimi...

20.06.2020 13:38
598

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yəni “E-Təbib” mobil tətbiqini istifadəyə verib.

AZSABAH.COM xəbər verir ki, bu barədə TƏBİB-in əməkdaşı Qulu İsmayılova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ətrafdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə insanları xəbərdar edəcək “E-Təbib” mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq.

O bildirib ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək.

“İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən ediləcək. Amma bu məsafə iki metrdən çox olmamalıdır. Məlumatlar bluetooth texnologiyası əsasında təyin ediləcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı internet trafiki pulsuz olacaq”, - deyə TƏBİB nümayəndəsi qeyd edib.

Qeyd edək ki, tətbiqi asanlıqla telefonunuza yükləmək mümkündür. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə salın. “E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

Loading...

close
close