Azərbaycanda minlərlə şəxs koronavirusa yoluxdu, onlarla ölən var

29.08.2021 17:55
12493

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

zərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir.

Ölkədə son sutka ərzində 16 536, hazırkı dövrədək isə 4 431 053 test aparılıb.

Loading...