Azərbaycanda Məhərrəm ayının başlayacağı TARİX AÇIQLANDI

15.07.2022 12:56
369
photo_89124906

İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlayacaq.

AZSABAH.COM xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən 30 iyul Məhərrəm birinci günüdür:

“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci.. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-i olacaq”.