Azərbaycanda market işçisində koronavirus aşkarlandı və 45 nəfər... - VİDEO

06.06.2020 00:21
264

Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin işçisi koronavirusa yoluxub. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıb.

AZSABAH.COM xəbər verir ki, bundan başqa, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin iki əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Marketdən "Xəzər Xəbər"ə faktı təsdiq ediblər.

Koronavirus faktı aşkar edildikdən dərhal sonra marketdə nəzarət gücləndirilib. Çünki gün ərzində bura yüzlərlə müştəri daxil olur.

Marketdən o da bildirilib ki, evdə qalan işçilər analiz verəcəklər. Virus aşkarlanmayan əməkdaşlar yenidən işə cəlb olunacaq.

Loading...

close
close