Azərbaycanda lüks avtomobilləri yandıran şəxs GÖRÜN KİMİN OĞLUDUR - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Göygöl sakini Fərid Hacıyev rayon ərazisində iki lüks avtomobili yandırıb.

AZSABAH.COM xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Göygöldə avtomobilləri yandıran şəxs 1-ci Qarabağ Müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur. Maraqlıdır ki, o, hadisəni də elə atasının adına olan küçədə törədib.

F.Hacıyevin əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, ötən gün F.Hacıyev tərəfindən Göygöldə küçədə BMW və "Porsche" markalı minik avtomobilləri yandırılıb. O, şübhəli şəxs qismində saxlanılıb.