Azərbaycanda küçəyə çıxmaq QADAĞAN EDİLƏ BİLƏR - Müraciət EDİLDİ/RƏSMİ

09.05.2020 17:52
1997

Təəssüflər olsun ki, əhalinin sıx toplaşdığı yerlərdə insanlar hələ də sosial məsafəni gözləmir, qoruyucu maskalardan istifadə etmirlər.

AzSABAH.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu baxımdan TƏBİB tərəfindən maarifləndirici broşüralar hazırlanıb.

R.Bayramlı qeyd edib ki, hər gün aparılan təhlil əsasında bayram günlərində və həftə sonlarında məhdudiyyətlərin tətbiq olunması üçün Operativ Qərargaha müraciət ediləcək.

Loading...