Azərbaycanda küçədə çılpaq gəzən qadın polis tərəfindən saxlanıldı - VİDEO

05.02.2024 17:32
565
65c0e414611bf202402243516

Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə çılpaq vəziyyətdə gəzməsinə dair görüntülər yayılıb.

Azsabah.com qafqazinfo-ya istinadən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, küçədə geyimsiz hərəkət edən şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib: "Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib".

Qeyd edək ki, saxlanılan şəxs artıq ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Milli.Az