Azərbaycanda koronavirusla bağlı SON RƏQƏMLƏR: 3274 yoluxma, 39 ölüm

17.05.2020 18:30
209

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

AzSABAH.COM-un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edişb 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Loading...