Azərbaycanda koronavirus xəstələrini sağaldan həkimlər axtarılır - Nazirlik ELAN ETDİ

29.06.2020 18:33
484

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib.

AZSABAH.COM-a nazirlikdən verilən məlumata görə, koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

Loading...

close
close