Azərbaycanda komendant saatı tətbiq edilə bilər - Parlamentdə MÜZAKİRƏ BAŞLADI

27.09.2020 17:50
847

Azərbaycan Milli Məclisinin iclası keçirilir.

AZSABAH.COM-un xəbərinə görə, iclasda hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələ müzakirə edilir.

İclas davam edir.

Qeyd edək ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.(“Report”)

Loading...