Azərbaycanda karantinlə bağlı bu qadağalar LƏĞV EDİLİR: Rayonlara səfərlər və... - RƏSMİ

10.05.2020 15:37
2943

"Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər".

AzSABAH.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Sədr qeyd edib ki, ölkədə elan edilən xüsusi karantin rejmindən mərhələli şəkildə çıxmaq lazımdır:

"Sarı zonada yerləşən rayonlar arası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.

Loading...