Azərbaycanda karantin sərtləşdirilir? - AÇIQLANDI (VİDEO)

09.08.2022 10:32
261
Baki

"Payız fəslində havaların soyuması nəticəsində yoluxma sayında artım ola bilər. Yoluxanların sayı həddən çox artarsa, xəstəxanalara yerləşdirilənlərin də sayı çoxala bilər. Bu, baş verərsə, bizim səhiyyə sistemimiz yüklənəcək".

AZSABAH.COM xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov ATV-yə açıqlamasında bildirib.

O, istisna etməyib ki, ölkədə müəyyən karantin tədbirləri həyata keçirilə bilər.