Azərbaycanda İYRƏNC HADİSƏ: ata azyaşlı QIZINA TƏCAVÜZ ETDİ

20.05.2020 15:47
448

Azərbaycanda azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edən ata barəsində cinayət işi başlanıb.

AzSABAH.COM xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tofiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan oluub.

İttihama görə, Tofiq Məmmədov köməksiz vəziyyətdə olan azyaşlı qızına təcavüz edib.

Tofiq Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 31-nə təyin edilib.

Loading...

close
close