Azərbaycanda iş adamı ağır yol qəzasında ÖLDÜ - FOTO

10.01.2024 15:04
211
659e79d2c770e202401240450

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Azsabah.com xəbər verir ki, hadisə Vilvan kəndi ərazisində qeydə alınıb.

1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mercedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Qəzada ölən N.Məmmədov Lənkəranda iş adamı kimi tanınıb. Sahibkarın rayonda yanacaqdoldurma məntəqəsi olub.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)