Azərbaycanda İNANILMAZ HADİSƏ: qonaqlar ev sahibinə DƏHŞƏT YAŞATDI

09.06.2020 10:52
348

Ağsu rayonunda vətəndaşa qarşı evində quldurluq edilib.

AZSABAH.COM Trend-ə istinadən xəbər verir ki, Ağsu şəhər sakinləri, əvvəllər qəsdən adam öldürmə və oğurluğa görə məhkum edilmiş Səfərov Raul Ağalar oğlu və dövlətə xəyanətdə məhkum edilən Nuriyev Eldəniz Bəyalı oğlu şəhər sakini Seymur Məmmədovun evinə qonaq gəlib.

Orada yeyib-içəndən sonra R.Səfərov və E.Nuriyev ev sahibi S.Məmmədovun boğazına bıçaq dirəyərək ondan 500 manat tələb ediblər. S.Məmmədov evində olan 190 manatı onlara versə də, həmin şəxslər onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Loading...

close
close