Azərbaycanda icra başçısı axşam saatlarında QORXUNC QƏZAYA DÜŞDÜ - FOTO

13.11.2022 00:18
3793
63700bf9d1a76202211221121
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 12-də axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan-Şərur avtomobil yolunda baş verib.

Şərur istiqamətində hərəkət edən "Mitsubişi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.

Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb. Digər avtomobilin sürücüsü isə yüngül zədələnib.