Azərbaycanda icra başçısı HƏBS EDİLİB? - RƏSMİ

27.07.2022 12:03
301
photo_23224067

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin hüquq mühafizə orqanları tərəfindən saxlanılması xəbəri tamamilə yalandır.

AZSABAH.COM xəbər verir ki, bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Beyləqan RİH-nin İnformasiya İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Kənan Allahverdiyev deyib.

“Yayılan xəbərlər əsassızdır. İcra başçısı öz otağındadır. Hazırda qəbul gedir”, - K.Allahverdiyev bildirib.

Qeyd: Mətbuatda yayılan məlumatlara görə, icra başçısı Asif Ağayev ötən həftənin şənbə günü hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb, lakin 48 saat sonra barəsində başqa yerə getməmək haqqında qətiimkan tədbiri seçilərək buraxılıb. İcra başçısının saxlanılmasına əsas səbəb isə mənimsəmə və ya israf etmə, təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkrarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilir.