Azərbaycanda hər kəsin istifadə etdiyi bu xidmətin QİYMƏTİ KƏSKİN BAHALAŞDI - BU GÜNDƏN

01.11.2022 09:30
6748
Manat

Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.

AZSABAH.COM xəbər verir ki, bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.

Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.

Qərar bu gündən qüvvəyə minib.