Azərbaycanda karantin hər an sərtləşdirilə bilər - RƏSMƏN ELAN EDİLDİ

18.07.2022 10:28
43
photo_92714135

Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir.

AZSABAH.COM xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.

Qeyd olunub ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır: “Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər”.

Loading...