Azərbaycanda hava KƏSKİN PİSLƏŞİR: 15 DEKABRADƏK... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

11.12.2021 17:29
0

Dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

AZSABAH.COM-a bu barədə Milli Hidrometeolorogiya Xidmətindən məlumat verilib.

Bəzi yerlərdə intensiv olacağı, 14-də dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək

Loading...