AZSABAH.COM APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.