Azərbaycanda günün ikinci DƏHŞƏTLİ XƏBƏRİ ŞUŞADAN GƏLDİ - ÖLƏNLƏR VAR

09.12.2021 13:49
21743

Baş Prokurorluq Şuşanın Daşaltı kəndində 2 nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

AZSABAH.COM-a Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcək".

***

Şuşanın Daşaltı kəndində 2 nəfər minaya düşərək ölüb.

AZSABAH.COM-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Loading...