Azərbaycanda güclü zəlzələlər baş verəcək? – “Çox təəssüf ki...”

11.01.2024 09:38
280
659e18bcadb26202401241036
“Azərbaycanda təhlükəli zəlzələ gözlənilmir. Həmçinin 12 noyabr 2023-cü ildə saat 21:30-da öz Teleqram kanalımda Türkiyədə yeni zəlzələlər olacağını xəbər vermişdim”.
B
u sözləri Globalinfo.az-a Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
Onun sözlərinə görə, Türkiyədə yenidən güclü zəlzələ baş verə bilər: “Çox təəssüf ki, zəlzələ təhlükəsi Türkiyə və qonşuları üçün hələ də öz aktuallığını saxlayır”.
Ekstrasens Azərbaycanda yaranacaq təhlükə haqda danışıb: “Azərbaycanda dəhşətli zəlzələlər olmayacaq. Lakin 2024-cü ilin yaz və yay ayları seysmoloji baxımdan Azərbaycan üçün çox aktiv görünür”.