Azərbaycanda güclü partlayış BAŞ VERDİ

10.05.2020 01:00
1008

Göygöldə evdə partlayış baş verib.

AzSABAH.COM-un xəbərinə görə, hadisə rayonun Qırıxlı  kəndində qeydə alınıb. 

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub. 

Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub. Fakt araşdırılır.APA



Loading...

close
close