Azərbaycanda gecə yarısı DƏHŞƏTLİ HADİSƏ BAŞ VERDİ: YARALILAR VAR - FOTO

28.10.2022 01:11
4733
Tecili yardim Azsabah.com
Bu gün axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik və yük maşının iştirakı ilə baş verən qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.