Azərbaycanda gecə saatlarında GƏRGİNLİK: Polis ATƏŞ AÇDI, 2 NƏFƏR... - FOTO

29.10.2022 14:17
5310
Polis
Polis qanunsuz ov edənləri saxlamaq üçün havaya atəş açıb, odlu silah və qaban müsadirə edilib.

AZSABAH.COM-a bununla bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, bu gecə saat 4 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Örənqala qəsəbəsi ərazisində xidmətdə olarkən “Ağgöl” qoruğu istiqamətindən torpaq yolla “Niva” markalı avtomobilin gəldiyini görüb onu saxladaraq özlərini təqdim ediblər.

Avtomobilin içərisində olan iki şəxsin əlində odlu silahın olduğunu görən polis əməkdaşları onlardan avtomobildən enmələrini tələb etdikdə onlar tabesizlik göstərib qaçmağa çalışıblar. Bu zaman polis əməkdaşı havaya bir dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Onlardan 2 ədəd odlu silah və qanunsuz ovladıqları 1 ədəd qaban götürülüb.

Polis şöbəsinə gətirilən həmin şəxslərin Ağcabədi rayon sakinləri Arzuman Mamedov, Anar Quliyev və Aqil Yusifov olmaları müəyyən olunub.

Hazırda Beyləqan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.